AMEA əməkdaşlarının Qarabağ ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır

Bəzi rayonların İcra Hakimiyyəti başçıları və xidmət sahələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib
Prezident Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında Fərman verdi
XİN: Azərbaycana qarşı əsassız iddialarla çıxış edən beynəlxalq təşkilatlar Ermənistanda ölüm halı ilə bağlı susurlar

“İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qarabağı işğaldan azad etməsi ilə bu ərazilərdə olan zəngin faydalı qazıntı yataqları yenidən öz sahiblərinə geri qaytarıldı. Yaxın zamanda AMEA-nın Təbiət Tarixi Muzeyi əməkdaşlarının Kəlbəcər və Zəngilanda olan qızıl yataqlarına, eləcə də Laçın rayonu ərazisində yerləşən yataqlara geoloji ekspedisiyalarının təşkil olunması planlaşdırılır”.

“Report” xəbər verir ki, bu fikirləri Muzeyin baş elmi işçisi, geologiya-minerologiya üzrə fəlsəfə doktoru Nağı Nağıyev bildirib.

Onun sözlərinə görə, hazırda Muzeydə nümayiş olunan Qarabağda yerləşən yataqlardan çıxarılmış nümunələr Sovet dövründə əldə edilmiş materiallardır: “Təbiət Tarixi Muzeyində yer alan geoloji nümunələrin böyük əksəriyyəti Azərbaycanın faydalı qazıntı yataqlarından toplanılır. Ölkəmizdə hazırda 300-dən çox filiz yatağı mövcuddur. Azərbaycanda mövcud olan faydalı qazıntı yataqlarının böyük bir qismi Yura dövründə əmələ gəlmiş yataqlardır. Onlar arasında ölçüsünə görə ən böyük yataq Balakən rayonunda yerləşən Filizçay polimetal yatağı hesab olunur. Filizçay yatağı kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır”.

N.Nağıyev deyib ki, hazırda bu yataqdan əldə olunan nadir nümunələr muzeydə eksponat kimi nümayiş olunur. Bununla yanaşı, Gədəbəy və Daşkəsən qızıl yatağından əldə olunan materiallar muzeyi ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanır.

Report