Amerika, Rusiya və dünya: 2009-cu ilin sərt reallığı The Heritage Foundation-nin (ABŞ) Baş elmi əməkdaşı, politoloq Ariyel Koen xüsusi olaraq Trend News üçün
2008-ci il Azərbaycan üçün çox məhsuldar olsa da, Rusiyanın tankları Gürcüstana daxil olarkən, ümumilikdə Qafqaz şok yaşayıb. Bu hadisə Avrasiya və Yaxın Şərqdə təhlükəsizliyin pisləşməsi əlamətlərindən biri idi. Qaz qarşıdurması və Qəzzədəki müharibədən sonra, insanlar bərk həyəcanla, daha nəyin baş verə biləcəyini gözləyirlər.
1980-ci illərin əvvəlindən dünya iqtisadiyyatında güclü resessiya müşahidə olunur. “Soyuq müharibə”də keçmiş rəqiblər – ABŞ və Rusiya Yuri Andropovun 1983-cü ildə Kremldə vəfat etdiyi vaxtdan öz münasibətlərində ən aşağı nöqtəyə çatıblar. Buna baxmayaraq, 2008-ci ilin iflasla başa çatdığını hesab edirdinizsə, sadəcə 2009-cu ildə hadisələrin necə cərəyan edəcəyinə baxın.
Dünya ölkələri iqtisadi böhrandan çıxış yollarının axtarışı ilə məşğul olacaq. Bəzi kütləvi informasiya vasitələrində yanvarın 20-də Barak Obamanın inaqurasiyası Amerika və Avropa üçün ümid əlaməti kimi nəzərdən keçirilə bilər, lakin qısa müddətdə.
Rusiya, Çin və Yaxın Şərqdə Amerikanın yeni prezidentinə ümidlər ABŞ-da olduğu kimi o qədər də böyük deyil. Bu ölkələrin hökumətləri insanları işlə təmin edən zavodlar bağlanarkən genişmiqyaslı sosial həyəcanlardan qaçmağa ümid edirlər. Bundan başqa, neft istehsalçıları, öz boşalmış xəzinələrini doldurmaq üçün neftin qiymətinin ən azı 70-75 dollaradək artacağına ümid edirlər.
Barak Obama üçün iqtisadiyyat əsas prioritet olacaq. Onun iqtisadiyyatdakı hazırki tənəzzüllə mübarizədə uğurunu xeyli dərəcədə 2010-cu ildə ABŞ Konqresinə seçkilərin nəticəsi və 2012-ci ildə yenidən seçilmək üçün onun şəxsi imkanları müəyyən edəcək.
İndiyədək ABŞ-ın iqtisadi göstəriciləri təəssüf doğurur və xüsusilə də Amerika iqtisadiyyatının iki sektorunda – avtomobil sənayesi və mənzil tikintisində. Detroyt defolt astanasındadır. ABŞ-da avtomobil istehsalı 30 faizdən çox azalıb (Yaponiyada tənəzzüllə müqayisə oluna bilər).
Orta hesabla, ABŞ-da istehlakçılar ildə yarısı Amerika istehsalı olan təxminən 12 mln. avtomobil alırdılar. Avtomobil bazarının 30 faiz azalması daxili bazarda satışların altı milyondan dörd milyon ədədədək azalması deməkdir. Öz növbəsində bu ehtiyat hissələri, plastmass, elektronika və polad istehsalı kimi qarışıq sahələrdə qəfil tənəzzülə gətirib.
Nəticədə bu sahə işçilərinin yeni ev, maşın, texnika, səfərlər və hətta tibbi sığorta üçün məhdud vəsaitləri olacaq. Kredit işçiləri və daşınmaz əmlakın satışı üzrə vasitəçilərin çox hissəsi öz iş yerlərini itirəcəklər. Kapital çatışmazlığı kiçik şirkətlərin müflisləşməsinə səbəb olacaq. Böhranın reallıqları belədir.
Barak Obama iqtisadiyyata çoxmilyardlı yardımlar göstərməli olacaq. Corc Buş kimi Obama da deyir ki, vergiləri azaltmağı planlaşdırır. Bununla yanaşı, Obamaya bu vergilərin ixtisarını maliyyələşdirmək lazım gələcək. O ya büdcə xərclərini azaltmalı, ya da Amerika xəzinədarlıq istiqrazlarının satışı vasitəsilə Çin və digər dövlətlərdən böyük məbləğdə pullar almalıdır. Kəsirin və borcun artması problemin yaxşı həlli deyil. Yeni prezidentin fəlakəti aradan qaldırmaq üçün çox məhdud imkanları var.
Bu il Amerikanın xarici siyasəti üçün daha çətin olacaq. 2009-cu ildə Vaşinqtonun gündəliyinə qoşunların İraqdan çıxarılması, Əfqanıstanda “Əl-Qaidə” və “Taliban” hərəkatının ləğvi cəhdi daxildir. ABŞ Hindistan və Pakistan arasında müharibənin qarşısını almağa, eləcə də Tehranın nüvə silahı əldə etmək cəhdlərini dayandırmağa səy göstərəcək. Birləşmiş Ştatlar əvvəlki kimi israillilər və fələstinlilər arasında sülhün bərqərar olmasına can atacaq.
Ağ Ev Kremllə ümumi dil tapmağa və müddəti 2009-cu il dekabrın 5-də başa çatan Strateji Hücum Silahlarının Məhdudlaşdırılması haqqında Müqavilənin (SHS-1) əvəzinə tərk-silah haqqında yeni müqavilənin imzalanması barədə danışıqlar aparmağa cəhd göstərəcək. Eyni zamanda, bütün dünyada terrorçulardan gələn təhlükəsizliyə yeni təhdidlərin yaranması təhlükəsi kifayət qədər realdır.
Bu arada Çin (Rusiya yox) Afrika, Latın Amerikası, Cənub-Şərqi Asiya, Qazaxıstan və Türkmənistan kimi regionlarda öz təsirini genişləndirə bilər.
Eyni zamanda Çinin çox sayda daxili problemi var. İki yüz milyon çinli orta sinfə aiddir – onların avtomobili, kompüteri, soyuducusu, ola bilsin mənzili var. Əhalinin 25-30 faizi orta səviyyədən aşağı, qalan 70 faizi isə tam yoxsulluqda yaşayır. Əvvələr Çinin sahilyanı şəhərlərində sənayesinin fəal inkişafı insanları çox sayda iş yeri ilə cəlb edirdisə, indi iqtisadi artım templərinin aşağı düşməsi işçi yerləri, pasportların yoxluğu deməkdir və insanları ac kəndlərə qayıtmağa məcbur edir.
Səma imperiyasının daha “fəhlə sinfi, kəndlilər, əsgər və vətənpərvər iş adamlarının” maraqlarını təmsil etməyən kommunist nomenklaturası məyus olmuş mühacirlər arasında mümkün həyəcanlardna ehtiyat edir.
Bəs Rusiya? Neftin yüksək qiymətləri sayəsində Moskva öz qlobal ambissiyalarının reallaşması üçün xeyli valyuta ehtiyatları toplayıb. 2008-ci ilin əvvəlində Kreml, “çoxqütblü” dünya reallıqlarının əks etdirilməsi üçün qlobal geosiyasi və iqtisadi arxitekturaya yenidən baxmağa çağırıb. Bu dəyişikliklərdə əsas üstünlüklərə malik olacaq Çin, sakit şəkildə bu kursu dəstəkləyirdi.
Buna baxmayaraq, qlobal maliyyə böhranı Rusiyanın neft sərvətini tükəndirməyə başlayıb. Çoxları Barak Obamanın inaqurasiyasından sonra Kreml və Ağ Evin öz münasibətlərində yeni səhifə açacağına ümid edirdilər. Bundan başqa, iqtisadi böhran iki ölkəyə ümumi maraqları tapmaqda kömək edə bilərdi: nə Moskva, nə də Vaşinqton yeni “Soyuq müharibə”yə xərc çəkməyi özlərinə icazə verə bilməzlər. Qarşıdurmanın qiyməti çox yüksəkdir. Eyni zamanda Kreml “asimmetrik cavaba” hazırlaşır. 2008-ci ilin dekabrında Moskva ilk dəfə olaraq, OPEK istiqamətində addım ataraq, neftin hasilatı və ixracının azaldılmasına hazır olduğunu bəyan edib.
Bu addım, Rusiyanın hərəkətə gətirdiyi “qaz OPEK”ilə birlikdə Qərblə toqquşmalar doğuracaq. Belə ki, getdikcə daha çox enerji istehlakçısı məsələn Rusiya və Ukrayna arasındakı cari mübahisə kimi tədarük üzrə mübahisələrin girovu olmaq təhlükəsinə düşür. Avropa, Rusiya qazının daxil ola bilməyəcəyindən hərfi mənada əsir. 2009-cu il kimi belə çətin ildə, Rusiya və ABŞ, Çin və Avropa, ərəblər və israillilər, sünnilər və şiələr bir-birlərinə qarşı düşmən münasibəti azaltmalı və əməkdaşlığa can atmalıdırlar. Buna baxmayaraq, dar maraqlar və məhdudiyyət üstünlük təşkil edir və bu 2009-cu ili “Soyuq müharibə”nin başa çatdığı vaxtlardan ən təhlükəli illərdən biri edir./Trend/