Antalyada Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılışı olub

Naxçıvanda yeni İES tikiləcək – Sərəncam
Xocalı soyqırımı indiyədək dünyanın 16 ölkəsi, ABŞ-ın 24 ştatı tərəfindən tanınıb
Xurşidbanu Natəvanın heykəli Parisdə yenidən ucaldılıb

Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Türkiyənin Antalya şəhərində Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunun açılış mərasimi keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Milli Məclisin sədr müavini Rafael Hüseynov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, o cümlədən Azərbaycandan və bir sıra ölkələrdən tanınmış mədəniyyət xadimi soydaşlarımız və digər qonaqlar iştirak edirlər.

Açılış nitqi ilə çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirib ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu ölkəmizin mədəni diplomatiyasının inkişafında mühüm mərhələ hesab olunur.

Nazir 44 günlük Vətən müharibəsində şanlı Zəfərimizin 5-ci ildönümü ərəfəsində keçirilən forumun məqsədinin mədəniyyət elçiləri və onların şəbəkəsi vasitəsilə mədəniyyətimizin beynəlxalq səviyyədə mütəşəkkil təbliği, xaricdə yaşayan mədəniyyət xadimlərinin fəaliyyətinin stimullaşdırılması, incəsənət və yaradıcılıq sahələrinin inkişafına əlavə dəstəyin verilməsi olduğunu vurğulayıb.

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov isə, öz növbəsində, Azərbaycan dövlətinin xaricdə yaşayan hər bir azərbaycanlının fəaliyyətini stimullaşdırdığını diqqətə çatdırıb.

O qeyd edib ki, xarici ölkələrdəki mədəniyyət xadimlərimiz də öz növbəsində mədəni diplomatiyaya töhfələrini verir, Azərbaycanı uğurla təmsil edirlər.

Daha sonra Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğinə töhfə verən incəsənət nümayəndələri təltif edilib və birgə xatirə fotosu çəkdirilib.