İsrailin Qəzza sektoruna hava zərbələri nəticəsində 3 fələstinli həlak olub

Tokio-2020: Paralimpiadada daha 12 nəfər koronavirusa yoluxub
Heydər Əliyev Fondu Çində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə tədbiri təşkil edib
Noyabrın 1-i Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür

İsrail ordusunun Qəzza sektoruna endirdiyi hava zərbələri nəticəsində 3 fələstinli həlak olub.

 

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, yerli Səhiyyə Nazirliyinin mətbuat katibi Əşrəf əl-Kudranın sözlərinə görə, həlak olanların arasında 23 yaşlı qadın və onun yaşyarımlıq körpəsi də var. Kudra, həmçinin hücum nəticəsində 12 nəfərin yaralandığını deyib.

İsrail tərəfi isə öz növbəsində HƏMAS hərəkatının raket zərbələrinə qarşı anklavda yerləşən 140 strateji hərbi obyekti bombardman etdiyini bildirib.