Arda Turandan Qarabağa dəstək

ATƏT sədrliyi Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair bəyanat yayıb
Məhərrəm Zülfüqarlı: “Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir”
Yüzlərlə soydaşımız “Xocalıya ədalət”, “Dilqəm və Şahbaza azadlıq” tələbi ilə Brüsselə gəlməkdədi

İspaniyanın “Barselona” futbol klubunun və Türkiyə millisinin üzvü Arda Turan Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması ilə bağlı Ağ evin saytında yerləşdirilən petisiyaya qoşularaq səs verib.

AzVision.az xəbər verir ki, bu barədə Arda Turan sosial şəbəkədəki səhifəsində bu barədə məlumat paylaşıb.

“Qardaşımız Azərbaycanın Dağlıq Qarabağ üçün başlatdığı kampaniyanı mən də imzaladım!”.

Qeyd edək ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) aprelin 6-da “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.