“Arsax respublikası”nı tanımağa çağıran qərara etiraz əlaməti olaraq Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) məktub kampaniyasına start verib

Ermənilərin Faşist İtaliyası ilə gizli işbirliyi
Hikmət Hacıyev: Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər
XİN: Qarabağ münaqişəsinin həlli üçün Ermənistandakı sağlam siyasi qüvvələrlə danışıqları davam etdirməyə hazırıq

ABŞ-ın Konnektikut ştatındakı erməni lobbisinin göstərişi ilə yerli Nümayəndələr Palatasının üzvləri Edvin Varqas və Uilyam Peti Ermənistan tərəfindən işğal edilmiş Xankəndidə qurulan qeyri-qanuni separatçı rejimin qalıqlarını, qondarma “Arsax respublikası”nı tanımağa çağıran 00009 saylı qərar layihəsini sözügedən quruma təqdim ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən  bildiriblər ki, buna etiraz əlaməti olaraq Amerika Azərbaycanlıları Şəbəkəsi (USAN) məktub kampaniyasına start verib.

Məktubda bildirilir ki, qanun layihəsi Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətləri yanlış şəkildə təqdim edir. Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi, beynəlxalq qanunlara, eləcə də ABŞ-ın milli maraqlarına və xarici siyasətinə zidd olaraq “Artsax” adlı separatçı rejimin qeyri-qanuni fəaliyyətini təşviq etdiyi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ermənistan ordusunun 2020-ci ilin noyabrında məğlub olması və kapitulyasiyası nəticəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə baxmayaraq, erməni lobbisi hələ də öz simasını qorumaq və donorlarından aldıqları ianələri doğrultmaq ümidi ilə ABŞ-ın qanunverici orqanlarında qərəzli çıxışlar edirlər.

USAN soydaşlarımızı Konnektikut ştatının Nümayəndələr Palatasına məktublar ünvanlamaqla seçdikləri şəxslərə ətraflı məlumat verməyə və bu qanun layihəsini pisləməyə çağırıb.

Məktub kampaniyasına aşağıdakı link vasitəsilə qoşulmaq olar:

https://www.votervoice.net/AZERI/Campaigns/79895/Respond?vvsn=BTcAAgENACXgTAkzWqX7BAA

AZƏRTAC