“Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq

Özünüməşğulluq proqramına qoşulmaq istəyən vətəndaşların müraciətlərinin qəbuluna başlanılıb
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşrə göndərilib
Bakıda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək

Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası növbəti dəfə Çində səhnəyə qoyulacaq. Sentyabrın 16-da Lanfan şəhərindəki İpək Yolu Beynəlxalq İncəsənət Mərkəzində operettanın yeni quruluşda premyerası təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, 18 sentyabr – Milli Musiqi Gününə və Üzeyir Hacıbəylinin doğum gününə həsr olunan konsert Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Çindəki səfirliyi və Tiencin şəhər bələdiyyəsi dəstəyi ilə hazırlanır.

Tamaşanın baş məsləhətçisi və koordinatoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Əyyub Quliyev, baş menecer Yan Linyan, dirijor Sun Cinkaydır, opera üzrə kastinq direktoru Li Saofey və Lu Şendir. Tamaşa Tiencinin Mahnı və Rəqs Opera Teatrının truppasının ifasında təqdim olunacaq.

Qeyd edək ki, bu, “Arşın mal alan” operettasının Çində 3-cü dəfə səhnələşdirilməsi olacaq. Əsər Çində ilk dəfə 1959-cu ildə, növbəti dəfə isə 2010-cu ildə səhnəyə qoyulub.

AZƏRTAC