Türkiyədə Şumerlərdən də əvvəlki dövrə aid olduğu müəyyən edilən tarixi binalar da aşkarlanıb

GƏNCLƏR PAYTAXTI ŞAMAXI
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər
Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib

Türkiyənin Kahramanmaraş vilayətinin Türkoğlu rayonundaki “Domuztepe Höyüğü” qazıntıları zamanı 7500 il əvvələ aid olduğu ehtimal edilən yaşayış yeri aşkarlanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, arxeoloq Halil Tekinin başçılığı altında davam edən qazıntılar zamanı Şumerlərdən əvvəlki dövrə aid olduğu müəyyən edilən tarixi binalar da aşkarlanıb. Qazıntilar zamanı 22 hektar ərazini əhatə edən bu yaşayış yerindən qədim saxsı qablar, vulkanik şüşə alətləri, cilalanmış şüşə alətləri, cilalanmış daşlar tapılıb.

AZƏRTAC