AŞPA məruzəçisi Azərbaycanın cəbhəyanı rayonlarına səfər edəcək

Şuşanın işğalından 27 il ötür
Cocuq Mərcanlının günəşli payızı
AŞPA-da Sərsəng su anbarı ilə bağlı qəbul olunan qətnamənin tam mətni

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” üzrə məruzəçisi xanım Milica Markoviç Yevlax, Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Göranboy rayonlarına səfər edəcək.

Bu barədə APA-ya Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) mətbuat xidmətindən məlumat verilib

Hazırda Azərbaycanda faktaraşdırıcı səfərdə olan AŞPAməruzəçisini Assambleyanın Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi xanım Aiste Ramanauskaite, ekspert xanım Styliani Lydia Vamvakeridou və məruzəçinin köməkçisi Adnan Besiç müşayiət edirlər.

AŞPA nümayəndələri Bakıda BMT-nin Bakı ofisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Ekologiya və Təbii Sərvətlər Naziriliyi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, Kənd Təsərrüfatı NazirliyiXarici İşlər NazirliyiFövqəladə Hallar Nazirliyi, Su Ehtiyatları Dövlət Agentliyi və Səhiyyə Nazirliyinin rəhbər heyəti ilə görüşlər keçirib.

Qeyd edək ki, M. Markoviç AVCİYA-nın prezidenti, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanovun bu ilin may ayında AŞPA-da təqdim etdiyi Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında məruzəçi təyin edilib.