ISESCO Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində su kanalı çəkilməsi ilə bağlı hərəkətlərini pisləyir

İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib
Hikmət Hacıyev: Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədi
Xarici İşlər Nazirliyinin strukturunda dəyişiklik edilib

Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə İslam Təşkilatı (ISESCO) bəyanatla çıxış edib. Sənəddə Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində Sərsəng su anbarından kanal çəkilişi ilə bağlı hərəkətləri pislənilir.

AZƏRTAC xəbər verir ki, ISESCO Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində yeni su kanalı çəkilməsi cəhdlərini beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirir.

ISESCO-nun baş direktoru Əbdüləziz əl-Tuveycri bildirib ki, Ermənistanın bu ekspansionist planı Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyəti dəyişməyə və ISESCO-nun üzvü olan Azərbaycan Respublikasının təbii ehtiyatlarının talan edilməsinə yönəlib. Baş direktor bunu xüsusi mülkiyyət və dövlət mülkiyyəti hüquqlarının, habelə beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasında təsbit olunmuş “işğalçı dövlət işğal edilmiş ərazilərdə mülki şəxslərin müdafiəsini təmin edir” müddəasının pozulması hesab edir.

ISESCO-nun baş direktoru beynəlxalq birliyə və beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciətlə Ermənistanı öz iqtisadiyyatını Azərbaycanın təbii ehtiyatlarından istifadə edilməsi hesabına inkişaf etdirməyə yönəlmiş ekspansionist planından və etnik təmizləmə siyasətindən əl çəkməyə, dünyanın bu mühüm regionunda sülhün və təhlükəsizliyin bərqərar olması məqsədilə Ermənistanı Azərbaycanın işğal olunmuş ərazilərini dərhal azad etməyə məcbur etməyə çağırıb.