AVCIYA bələdiyyə seçkiləri ilə əlaqədar seminarlara Şirvandan başladı

AVCIYA Lənkəranda müşahidəçiləri maarifləndirir
AVCİYA-nın yeni layihəyə start verdi “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”
Obamanın seçki kampaniyasının rəhbəri Devid Plaff AVCİYA-nın dəvətilə Bakıda səfərdə olacaq

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) əvvəlki seçkilərdə olduğu kimi bu il keçiriləcək bələdiyyə seçkilərində də seçicilərin maarifləndirilməsi, seckilərin müşahidəsi, Exit poll” və “ Quick – count” tədqiqatlarını həyata keçirəcək. AVCİYA Seçki qərargahının hazırladığı Fəaliyyət Planı əsasında artıq Avropa Şurası Parlament Assambleyasının “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatın 4 tövsiyyəsinə uyğun olaraq 2009 – cu ilin may, iyun və oktyabr aylarında “Seşki məcəlləsi”nə dəyişikliklə bağlı 3 sənəd hazırlayaraq ictimaiyyətə təqdim edib. Bundan başqa seçki ərəfəsi ictimai-siyasi vəziyyətin və KİV-in monitorinqi də həyata keçirir.
Qarşıdan gələn bələdiyyə seçkilərində AVCİYA 1600 məntəqədə seçkiləri müşahidə etməyi planlaşdırır. Müşahidəçilərə kömək məqsədilə 2009 – ci il – BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN MONİTORİNQ – YADDAŞ KİTABÇASI nəşr olunub. Əvvəlki seçkilərdə olduğu kimi bu il də müşahidəçilər arasında maarifçilik işlərinin geniş şəkildə aparılması nəzərdə tutulub. 19 noyabr 2009 – cu il tarixdən reqionlarda seminarlara start verilib. İlk seminar Şirvan şəhərində müvəffəqiyyətlə keçib. Seminarda çıxış edən AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı və digər ekspertlər müşahidəçiləri yeni seçki sənədləri ilə tanış etmişdir. Bundan başqa müşahidəçilər seçki günü fəaliyyətlə bağlı ekspertlər tərəfindən təlimatlandırılmış və onları maraqlandıran suallarına cavablar vermişlər. /Trend/