AVCİYA Gəncədə treniqlərə yekun vurdu

PRESS RELİZ
AVCİYA-nın yeni layihəyə start verdi “Borçalı söhbətləri: Azərbaycan-Gürcüstan dostluğu”
AVCİYA prezident seçkilərini müşahidə edəcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şirvan, Lənkəran, Zaqatala, Xaçmaz şəhərlərindən sonra Gəncədə bələdiyyə seçkiləri ilə əlaqədar regional tədbirlərə yekun vurdu.
Gəncədə keçirilən son tədbirdə AVCİYA – nın qərb regonları üzrə koordinatoru Muxtar Əsədov regionda seçkiqabağı vəziyyət barədə məlumat verdi. O, həmçinin bildirdi ki, bütün müşahidəçilərin DSK – da qeydiyyat məsələsi həll olunub və onların hansı məntəqələrdə müşahidə aparması dəiqləşdirilib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidəçilərin seçki günü fəaliyyəti barədə təlimatları görüş iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin seçki günü operatorların müşahidəçilərə verəcəyi suallar və onların necə cavablandırılması, MSK – nın yeni təlimatları barədə də ətraflı məlumat verib.
Seçki Qərargahının əməkdaşı Osman Ağayev qanun pozğunluğu halları olduğu təqdirdə məlumatların toplanması və aktın tərtib edilməsi, müşahidənin sonunda hansı sənədlərin tələb olunması ilə bağlı tədbir iştirakçilarını məlumatlandırdı. Tədbirin sonunda tədbir iştirakçılarına müşahaidə üçün lazım olan vəsaitlər, AVCİYA – nın nəşr etdirdiyi “ 2009 – cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” təqdim olundu. Daha sonra bələdiyyə seçkiləri ilə əlaqədar geniş fikir mübadiləsi aparıldı, tədbir iştirakçılarının sualları cavablandırıldı.

AVCİYA Mətbuat Xidməti