AVCIYA Lənkəranda müşahidəçiləri maarifləndirir

ATƏT – in müşahidə missiyası AVCİYA-nın Xaçmaz ofisində olublar
DB-nin vitse-prezidenti: Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir
Şamaxıda Mirzə Ələkbər Sabirə həsr edilən kitabların təqdimatı olub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə növbəti seminarı Lənkaran şəhərində keçidi. İlk öncə yerli özünüidarə sahəsində yerli və beynəlxalq təcrübə, həmçinin AVCİYA – nın bələdiyyə seçkiləri ilə bağlı gördüyü işlər haqqında seminar iştirakçiları məlumatlandırılıb. Daha sonra MSK – nın yeni təlimatları, müşahidəçilərin hüquq və vəzifələri, davranış qaydaları və seçki günü lazım olan sənədlər barədə geniş məlumat verilib. Tədbirin sonunda iştirakçılarının suallarına cavablar verilib, müxtəlif təklif və tövsiyələr müzakirə olunub. Bundan başqa tədbir iştirakçılarına AVCİYA Seçki qərargahının hazırladığı “2009 – cu ul bələdiyyə seçkilərinin monitorinqi- Yaddaş kitabçası” təqdim olunub.