DB-nin vitse-prezidenti: Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir

Avstraliyanın mədənçiləri “Filizçay” yatağına maraq göstərirlər
Prezident İlham Əliyev keçid və yol qovşağının açılışında iştirak edib
Bakıda Beynəlxalq Enerji Xartiyası ölkələrinin nazirlərinin görüşü keçiriləcək

Azərbaycan davamlı iqtisadi artımın bütün əlamətlərini nümayiş etdirir və böyük potensiala malikdir. Trend-in məlumatına görə. Bu barədə cümə axşamı jurnalistlərə Dünya Bankının (DB) Beynəlxalq işlər üzrə vitse-prezidenti Sirill Müller bildirib.

Müller Bakıda keçirilən DB və BVF-nin Parlament Şəbəkəsinin 11-ci konfransında bildirib: “Mən artıq neçə illərdir ki, Bakını tanıyıram. Mən SSRİ-nin süqutundan sonra Dünya Bankının ölkəyə gələn ilk nümayəndələrindən biriyəm. Azərbaycan müstəqilliyin əldə etdiyi vaxtdan inanılmaz inkişaf yolu keçib”.

Müllerin sözlərinə görə, bu konfrans kimi tədbir bütün dünyanın parlamentarilərinə mövcud problemləri müzakirə etməyə və onların həlli yollarının tapılmasına çalışmaq üçün imkan yaradır. Belə müzakirələr iqtisadi artıma və hərtərəfli inkişafa təkan verir.
DB və BVF-nin Parlament Şəbəkəsinin konfransı Bakıda mayın 23-24-də keçirilir.
Parlament şəbəkəsi müstəqil qeyri-hökumət təşkilatı olub dünyanın 140 ölkəsindən olan parlamentarilərə öz ölkələrindəki inkişaf proseslərində şəffaflığın artırılması və hesabatlılıq sahələrinin genişləndirilməsi məqsədi ilə əməkdaşlıq üçün platforma təqdim edir. Təşkilatın hədəflərinə parlamentarilərin vətəndaş cəmiyyətindəki rollarının gücləndirilməsi də daxildir.
Azərbaycan tərəfdən konfransın təşkilatçısı Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) qeyri-hökumət təşkilatıdır.

/ Trend, müxbir E.Əliyev/