AVCİYA Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Aralıq hesabatı təqdim etdi

Özbəkistan Prezidenti Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarını təbrik edib
İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib
Dövlət Miqrasiya Xidməti əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xəbərdarlıq edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı 4 fevral 2020-ci il tarixdə “Seçki-2020” Müstəqil Media MərkəzindəMilli Məclisə növbədənkənar seçkilərin uzunmüddətli müşahidəsinə dair Aralıq hesabatı (06 dekabr 2019 – 04 fevral 2020-ci il) təqdim edib.

Tədbiri giriş sözü ilə AVCİYA-nın vitse-prezidenti, pedoqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev açaraq qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində assosiasiyanın müşahidəçiləri 118 seçki dairəsində seçki prosesini müşahidə edəcək.

AVCİYA-nın Seçki Qərargahının rəhbəri, tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlı çıxış edərək bildirib ki, Hesabat İcmal, Ümümi məlumat, Seçici siyahıları, Seçki administrasiyasının fəaliyyəti, AVCİYA tərəfindən aparılmış KİV-in monitorinqinin nəticələri, AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat adlı bölümlərdən ibarətdir.

M. Zülfüqarlı qeyd edib ki, Hesabatın icmal hissəsində Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə keçirilmiş seçkilər haqqında qısa məlumat verilib. Bu hissədə həmçinin qərb ölkələri qurumlarının seçkilərlə bağlı tövsiyələri barədə də məlumatlar öz əksini tapıb. Məlumatda qeyd olunur ki, “Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTİHB 2008-ci ildə 27, 2010-cu ildə 17, 2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyası Secki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası “Secki Məcəlləsi”nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir. Ümumiyyətlə 2003-2015-ci illərdə Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklik və ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır.”

Çıxışçı vurğulayıb ki, AVCİYA seçki öncəsi maarifçilik məqsədilə Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt və Bakı şəhərlərində regional seminarlar təşkil edib. Bakı,Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində regional ofislərin işini bərpa edib. Müşahidəçilər üçün Yaddaş Kitabçası və Beynəlxalq təşkilatların Rəy və tövsiyələri. Müqayisəli təhlil adlı iki kitab nəşr edib. Bundan əlavə assosiasiya seçkilərlə bağlı KİV-in iki dövrü əhatə edən monitorinqini təşkil edib. (I dövr (6 dekabr 2019-cu il – 16 yanvar 2020-ci il) və II dövr (17-31 yanvar 2020-ci il)) AVCİYA hesab edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki mövcud ictimai-siyasi vəziyyət, sabitlik, ədalətli və şəfaf seçkilərin keçirilməsinə imkan verir. AVCİYA Seçki Qərargahı fəaliyyət proqramına uyğun fəaliyyətini davam etdirir.

Tədbirin sonunda jurnalistlərin sualları cavablandırılıb.

AVCİYA Seçki Qərargahı