AVCİYA Şirvan, Quba və Sumqayıtda seminar keçirdi

Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir
“Oxu günü” və “Nəsimi – 650” ili
Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə növbədənkənar seçkilər ilə əlqədar növbəti seminarları Şirvan, Quba və Sumqayıtda keçirib.

Seminarlarda tədbir iştirakçılarına Milli Məclisə növbədənkənar seçkilər ərəfəsi ölkə daxili və beynəlxalq vəziyyət, növbədənkənar seçkilərin keçirilməsini zəruri edən səbəblər, assosiasiyanın ölkədə keçirilmiş parlament seçkiləri ilə bağlı gördüyü işlər, seçki administratsiyasının fəaliyyəti, seçki şikayətləri və s. haqqında ətraflı məlumat verilib. Daha sonra müşahidəçilərin hüquq və vəzifələri, seçki günü onların görəcəyi işlər barədə də tədbir iştirakçılarını məlumatlandırıb.

Tədbirlərin keçrilməsində məqsəd seçki öncəsi regionlarda müşahidəçilərin maarifləndirilməsi və əhalinin seçki fəallığının artırılmasına dəstək verməkdən ibarətdir. Tədbirlərdə AVCİYA Seçki qərargahının rəhbəri, t.ü.e.d.,professor Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib.

Tədbirlərin sonunda seminar iştirakçılarının müxtəlif suallarına cavab verilmiş, onlara AVCİYA-nın nəşr etdiyi kitablar təqdim olunub.

AVCİYA Seçki Qərargahı