AVCİYA-nın “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində ilk debat oldu

Sərsəng su anbarı ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan müraciətlərin təqdimatı keçirilib
Sual-cavab
“Sərsəngə yürüş”

Noyabrın 7-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “Azərbaycan gəncliyi gələcəyimiz naminə” layihəsi çərçivəsində “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında gənclərimizin verdiyi və verə biləcəyi töhfələr” mövzusunda debat keçirildi. Xatırladaq ki, AVCİYA ötən il də universitet tələbələri ilə müxtəlif mövzularda debatlar təşkil etmişdi. Bakı Slavyan Universitetində təşkil olunan bu dəfəki tədbirdə BSU və Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri iştirak edirdi.

BSU-nun tədris işləri üzrə prorektoru, professor Telman Cəfərovu, tərbiyə işləri üzrə prorektoru dosent Xanım Sultanovanı, debat iştirakçılarını salamlayan AVCİYA-nın eksperti İradə Yaqubova təmsil etdiyi qurumun fəaliyyəti ilə bağlı ətraflı məlumat verdi, qonaqları, ekspertləri və moderatoru iştirakçılara təqdim etdi.

Moderator Orxan Cabbarlı qeyd etdi ki, debatın əsas məqsədi tələbələrdə sərbəst fikir ifadəsinin formalaşdırılmasına xidmət edir. Moderator bildirdi ki, debat zamanı Azərbaycanın təbliğindən gedir və “nə etmişik, nə edə bilərdik və nə edəcəyik” suallarına cavab axtarılacaq.

Fəal keçən müzakirələrdə iştirakçılar ölkə daxilində və xaricdə Azərbaycanı tanıtmaq, Azərbaycan reallıqlarını təbliğ etmək yolları ilə bağlı fikirlərini bölüşdülər. Komandaların kapitanları – Günay İsmayılova (ADPU) və Yusif Xandəmirov (BSU) Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı görülməli işlərlə əlaqədar orijinal fikirləri ilə seçilirdilər.  Çıxış edən tələbələr xaricdə təhsili, beynəlxalq tədbirləri, mətbəxi, idman yarışlarını, könüllülük əsasında fəaliyyəti, tanınmış şəxslərdən, sosial şəbəkələrdən istifadəni gerçəkliklərin təbliğində vasitələr kimi sadaladılar.  Tələbələr həmçinin, Azərbaycan həqiqətlərinin təbliği ilə bağlı təkliflərini səsləndirdilər.

Debata yekun vuran ekspertlər – AVCİYA-nın əməkdaşı Şahin Camalov, ADPU-nun təmsilçisi Sahil Qələndərov, BSU-nun təmsilçiləri dosent Alpay Əhmədov, dosent Şirinbəy Əliyev, professor Habil Məmmədov debatda səsləndirilənlərlə bağlı təklif və tövsiyələrini bildirdilər və tələbələri həyatda fəal olmağa çağırdılar.