AVCİYA növbəti seminarı Şirvanda keçirdi

Quş qripi xəstəliyi ilə əlaqədar maarifləndirici tədbirləri keçirildi
Bələdiyyə və KİV münasibətləri: inkişaf və problemlər müstəvisində
Mingəçevir Dövlət Universiteti AVCİYA-nın petisiya layihəsini dəstəkləyib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Milli Məclisə seçkilərlə əlaqədar növbəti tədbiri Şirvan şəhərində keçirib. Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı, Seçki Qərargahının üzvü Kənan Məmmədov həmçinin AVCİYA Regional nümayəndəliyinin rəhbəri Hafiz Bağırov, Sabirabad və Hacıqabul rayonları üzrə koordinatorlar Seyidrza Qubadov və Loğman Səmədov iştirak etmişlər.
Seminar iştirakçılarına 7 noyabr 2010 – cu il tarixdə keçiriləcək Milli Məclisə seçkilərin əhəmiyyəti izah edilmiş və AVCİYA Seçki Qərargahının parlament seçkiləri ilə əlaqədar hazırladığı fəaliyyət proqramı haqqında ətraflı məlumat verilmişdir. Tədbirin sonunda iştirakçılara AVCİYA Seçki Qərargahının hazırladığı kitablar təqdim olunmuşdur.

AVCİYA Mətbuat Xidməti