AVCİYA-nın vitse prezidenti Məhərrəm Zülfüqarlının ikinci kitabı Avropa dillərində yayımlanıb

Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda iclası keçirilib
Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var
Birinci vitse-prezident Mehriban Əliyeva 12 şəhid hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verib

AVCİYA-nın vitse prezidenti, Azərbaycan Turizm və Menecment Universiteti “İctimai fənlər” kаfеdrаsının professoru, t.ü.e.d.   Məhərrəm Zülfüqarlının “ Sovet abidələri ilə saxtalaşdırılmış Azərbaycan tarixi” adlı kitabı rus, ingilis, alman, fransız, italyan, ispan, portuaql dilinə tərcümə edilərək nəşr olunub və yayımlanıb.

     Kitabda  sovet dövründə Azərbaycanın iri şəhər, qəsəbə və kəndlərində abidələri ucal­dılmış şəxslərin, konkret olaraq 26 Bakı komissarı, M. Əzizbəyov (1876-1918), N. Nərimanov(1870-1925), P.A.Çaparidze  ( təxəllüsü Alyoşa) (1880 – 1918), XI qızıl ordu, Q.K.Orconikdze, K.Marks. F.Engels. V.İ.Lenin, S.M.Kirov (1886-1934), M.M.Məmmədyarov (1875-1933), R. Ə.Axundov (1897 – 1938), A. M.Sultanova (1895 – 1938), Q. M.Musabəyov (1888 – 1938),Rixard Zorge (1895 – 1944) bir qisminin ictimai-siyasi fəaliyyəti və həmin abidələr  haqqında qısa məlumat verilib.

     Kitabın Azərbaycan dilində olan variantının elmi redaktoru  t.ü.e.d., prof. Dövlət mükafatı laureatı  Kərim Şükürov, rus dilində olan variantının elmi redaktoru  isə f.ü.e.d.,professor Asif Hacıyevdir.

       Kitabın tərcümə və yayımını LAP LAMBERT Academic Publishing (ISBN 978-620-3-92791-7)  beynəlxalq nəşriyyatı həyata keçirib.

         Xatıraladaq ki, bundan əvvəl M.P. Zülfüqarlının “ XIII-XIV əsrlər tarixinə yeni baxış” kitabı beynəlxalq ictimaiyyətin böyük marağına səbəb olmuş və kitab 7 dilə tərcümə olunaraq  yayımlanmışdır. Bundan əlavə 1941-1945-ci illərdə Bakı hava    hücumundan müdafiə qoşunlarının komandanı olmuş,  general-mayor Məmmədbağır Hadi oğlu Bağırovun fəaliyyətindən bəhs edən “Generalı sirli taleyi”kitabı  Aziz- İsrail-Azərbaycan beynəlxalq assosiasiyası tərəfindən İsraildə

AVCİYA Mətbuat Xidməti