AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının məqaləsi Ukraynada beynəlxalq reytinqli jurnalda nəşr olunub

Dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıblar
Nazirlik: İşçilər martın 1-dək elektron informasiya sisteminə daxil edilməlidir
MDB PA-dan olan müşahidəçilər qrupu Azərbaycan Prezidenti seçkilərinin monitorinqində iştirak edəcək
AVCİYA-nın vitse-prezidenti, Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kаfеdrаsının professoru Məhərrəm Zülfüqarlının “Yəhudi abidələri Azərbaycan paytaxtı Bakıda: Tarix və müasir dövr” mövzusunda məqaləsi Ukraynanın “Qrani” elmi-nəzəri almanaxında nəşr olunub.
Bildirilib ki, məqalədə Azərbaycan Respublikasının paytaxtında olan yəhudi tarixi abidələri haqqında ətraflı elmi məlumat və abidələrin şəkilləri öz əksini tapıb. Məqalədə Bakıdakı qədim yəhudi abidələri ilə yanaşı, müasir dövrə aid abidələr, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli haqqında da geniş məlumat verilib.
Qeyd edək ki, “Qrani” elmi-nəzəri almanaxı Ukrayna Ali Attestasiya Komissiyasının elmi məqalələr üçün tövsiyə etdiyi jurnalların siyahısına daxil olan beynəlxalq reytinqli jurnaldır.