AVCİYA Referendumla bağlı regionlarda seminarları başa vurdu

AVCİYA Saatlıda 2009 – cu ildə seçkilərlə bağlı ilk seminarını keçirdi
“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabı təqdim edildi
Ağ Evin saytına yerləşdirilən petisiya ilə bağlı İqtisad Universitetində görüş keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 26 sentyabr 2016-cı il tarixdə keçiriləcək Referendumun 3000 müşahidəçi ilə monitorinqini təşkil edəcək. AVCİYA Seçki Qərargahı digər işlərlə yanaşı, respublikanın 17 rayonunda, Şirvan, Hacıqabul, Sabirabad,  Zaqatala, Balakən, Qax, Gəncə, Göygöl, Daşkəsən, Bərdə,Tərtər, Goranboy, Quba, Şabran, Biləsüvar, Lənkəran və Cəlilabadda müşahidəçilərin maarifləndirilməsi ilə bağlı seminarlar keçirib. Assosiasiya  Cəlilabad rayonundakı seminarla regionlardakı tədbirlərə yekun vurub. Cənub bölgəsinə daxil olan rayonlardakı seminarlarda “İnsan hüquqları XXI əsr-Azərbaycan Fondu”nun prezidenti Şahin Camalov, digər regionlarda isə  AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidəçilər qarşısında çıxışlar ediblər.
AVCİYA Seçki Qərargahı növbəti tədbirlərini gələn həftə  Bakı, Sumqayıt, Abşeron müşahidəçiləri üçün “Ambassador” otelində keçirməyi planlaşdırır.
Assosiasiya 26 avqust 2016-cı il tarixdə Referendumla bağlı uzunmüddətli müşahidənin ilkin hesabatını ictimaiyyətə təqdim edib. Assosiasiya həmçinin Referendumda Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı qərb ölkələrinin təcrübəsinə istinadən müqayisəli təhlil  və müşahidəçilər üçün yaddaş kitabçaları da nəşr edib.