AVCİYA Xocalı faciəsinin ildönümü münasibətilə dəyirmi masa keçirdi

Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirib
Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub
Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA) bu gün Xocalı faciəsinin ildönümü münasibətilə öz qərərgahında dəyirmi masa keçirib.

Tədbiri giriş sözü ilə açan AVCİYA-nın I vitse prezidenti, t.ü.e.d.,prof. Məhərrəm Zülfüqarlı bir dəqiqəlik sükutla şəhidləri anılmasını təklif etdi. Daha sonra o, assosiasiyanın Xocalı faciəsi  ilə bağlı gördüyü işlər barədə qısa məlumat vermişdi. Məruzəçi qeyd etmişdi ki,  Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ildə qəbul etdiyi Xocalı soyqırımı günü haqqında qərarından sonra AVCİYA  Xocalı soyqırımının haqqında 3 kitab nəşr edib.  Kitabların elektron variantı www.avciya.az saytına yerləşdirilib.

Assosiasiya 2006-cı ildə Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması tələbi ilə kütləvi imzatoplama kampaniyasına başlayaraq bir milyon Azərbaycan vətəndaşının imzası toplanmış və “Xocalı soyqırımı (sənədlər, faktlarda və xarici mətbuatda)” adlı kitabı azərbaycan, ingilis, rus dillərində nəşr edib müxtəlif beynəlxalq qurumlara göndərib.

Daha sonra tədbir iştirakçıları Xocalı faciəsi ilə bağlı öz fikirlərini bildirmişlər. Tədbirin sonunda faciə ilə bağlı suallar cavablandırılmışdır.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası  (AVCİYA)  Mətbuat Xidməti