AVCİYA regionlarda tədbirləri davam etdirir

Türk Şurası XİN başçılarının xüsusi iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
Respublika Günü münasibətilə Şuşa şəhərində təntənəli tədbir keçirilib
XİN: Ermənistan tərəfi anlamalıdır ki, işğalçı ölkə ilə 25 ildən artıqdır danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı 11 aprel 2018-ci il tarixdə keçiriləcək  Prezident seçkiləri ilə əlaqədar regionlarda tədbirləri davam etdirir. AVCİYA Seçki Qərargahı Sabirabad, Şirvan, Salyan və Hacıqabul rayonlarından sonra Mingəçevir, Yevlax, Naftalan və Ağdaş rayonlarında seminarlar keçirib.

Tədbirlərdə AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edib. Seçki Qərargahının rəhbəri tədbir iştirakçılarını AVCİYA Seçki Qərargahının Fəaliyyət Proqramı ilə tanış etdikdən sonra müşahidəçilərə təlimlər keçib.

Tədbirlərdə həmçinin, AVCİYA Seçki Qərargahının üzvləri, AVCİYA Mingəçevir Regional ofisinin rəhbərliyi və rayon koordinatorları iştirak ediblər.

AVCİYA Seçki Qərargahı növbəti tədbirləri Bərdə, Ağdam, Tərtər və Goranboy rayonlarından olan müşahidəçilər və seçki fəalları üçün keçirəcək.

AVCİYA Seçki Qərargahı  Mətbuat Xidməti