AVCİYA “Sərsəng harayı” adlı müsabiqə elan edib

Amerikalı həmsədrin Sərsəng su anbarı ilə bağlı təklifi işğalçı Ermənistanın maraqlarına xidmət edir
Ağdaban faciəsindən 32 il ötür
Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sərsəng su anbarında mümkün humanitar faciənin qarşısının alınmasına yönələn layihə çərçivəsində gənc rəssamlar arasında “Sərsəng harayı” adlı müsabiqə elan edib.

AVCİYA-dan APA-ya verilən məlumata görə, müsabiqədə 18-35 yaşlarında rəssamlar iştirak edə bilərlər. Yağlı boya ilə çəkilmiş əsərlərin arxasında rəssamın adı və soyadı, mobil telefon nömrəsi, elektron ünvanı və əsərin adı göstərilməlidir.

Müsabiqənin mükafatlandırma fondunda I yer üçün 1 000 manat, II yer üçün 750 manat, III yer 500 manat, eləcə də hər  birinin məbləği 250 manat olmaqla 5 həvəsləndirici mükafat nəzərdə tutulur.

Əsərlər 1-15 fevral 2014-cü ildə qəbul ediləcək. Əlavə məlumat avciya.az və sarsang.org saytlarında yerləşdiriləcək. Sərgi 2014-cü ilin fevralında Tərtər şəhərində keçiriləcək.