AVCİYA seçki ilə əlaqədar seminarları davam etdirir

14 kateqoriya üzrə sosial müavinətlər və 7 kateqoriya üzrə Prezident təqaüdləri orta hesabla 100 faiz artırılır
ATƏT-in konfransında “Sərhədsiz reportyorlar”ın Azərbaycana qarşı təxribatı ifşa olunub
Mehriban Əliyeva: İnsan haqlarının müdafiəsini özlərinin missiyası elan edən “Freedom House”, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını törədilmiş hadisələrə ədalətli qiymət verməyə çağırıram

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) regionlarda seçki ilə əlaqədar seminarları davam etdirir. AVCİYA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, assosiasiyanın seçki qərargahı Şirvan, Hacıqabul, Sabirabad, Salyan rayonlarında prezident seçkilərini müşahidə edəcək şəxslər üçün seminarlar keçirib.

AVCİYA Şirvan regional ofisinin təşkilatçılığı ilə 3 gün ərzində keçirilən seminarlarda  seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzə edib. O, AVCİYA-nın əvvəlki seçkilərdəki fəaliyyəti, bu ilin əvvəllərindən təqvim planı əsasında görülən işlər barədə geniş məlumat verib. Bundan sonra məruzəçi müşahidəçilərin hüquq və vəzifələri, seçki günü müşahidəçilərin 3 mərhələdə, seçki başlanmazdan əvvəl, səs vermə prosesi və səslərin sayılması zamanı görəcəkləri işlər barədə seminar iştirakçılarını məlumatlandırıb.

Müşahidəçilik fəaliyyətini həyata keçirəcək şəxslərə AVCİYA Seçki Qərargahının hazırladığı “Müşahidəçilər üçün yaddaş kitabçası” da təqdim edilib.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəlki seminar qurumun Xaçmaz regional ofisi tərəfindən keçirilib. Növbəti seminar isə Qəbələ bölgə ofisində keçiriləcək.