Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı Press Reliz

“Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda konfrans keçirilib
Deputatlığa namizədlərin sayı 1246 nəfərə çatıb
Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib

AVCİYA 18 rayonda seminarları başa vurdu.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı  9 oktyabr 2013 – cü il tarixdə keçiriləcək Prezident seçkiləri ilə əlaqədar regionlarda seminarları davam etdirir. Xaçmaz, Quba, Qusar, Şabran, Ziyəzən, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Qəbələ, Oğuz, Ağdaş Şəki, Qax, Zaqatala və Balakən rayonları üzrə keçirilən seminarlardan sonra avqustun 25 – 26 – də AVCİYA Gəncə   regional ofisinin təşkilatçılığı ilə Gəncə, Göygöl, Şəmkir rayonlarında seçkiləri müşahidə edəcək şəxslər üçün seminarlar keçirilib.  AVCİYA  seçki treniqlərinə start verdiyi vaxtdan artıq 18 rayonda  seminarlar keçirib.

Əvvəlki seminarlarda olduğu kimi AVCİYA Seçki Qərargahının rəhbəri, t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçıları qarşısında məruzələr   edib. Məruzəçi bu il keçiriləcək Prezident seçkilərində beynəlxalq müşahidəçilərlə yanaşı, yerli müşahidəçilərin də iştirakının əhəmiyyəti, seçkilərin demokratik və şəfaf keçirilməsində QHT – lərin rolu, assosiasiyanın Preziden seçkiləri ilə bağlı gördüyü işlər barədə geniş məlumat verib. Bundan sonra M. Zülfüqarlı seçki günü müşahidəçilərin aparacaqları monitoriqin hər bir mərhələsində görəcəkləri işlər barədə konkret məlumatlar verib. O, həmçinin müşahidəçilərin hüquq və vəzifələri ilə bağlı iştirakçıların suallarını da cavablandırıb.

. Regionlarda növbəti seminarlar  AVCİYA – nın Cəlilabad  regional ofislərinin təşkilatçilığı ilə təşkil olunacaq.