AVCİYA Seçki Qərargahının rəhbəri Prezidentliyə namizəd İ. Ağazadə ilə görüşdü

«Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf»
AVCİYA prezidentliyə namizədlərin iştirakı ilə dəyirmi masa keçirib
Bakıda “Körpülərin salınması” adlı beynəlxalq konfrans öz işinə başlayıb

Bu gün Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyası (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı Prezidentliyə namizəd İqbal Ağazadə ilə görüşüb.

İqbal Ağazadə AVCİYA ilə əmədaşlıq edən ELS təşkilatının keçirdiyi rəy sorğusu barədə fikirini bildirmiş, seçki kampaniyasının gedişi, keçirdiyi görüşlər, seçki təbliğatı barədə məlumat vermiş və təbliğat materialları ilə AVCİYA rəsmisini tanış etmişdir.

M. Zülfüqarlı Assosiasiyanın Prezident seçkiləri ilə əlaqədar gördüyü işlər və gələcək fəaliyyəti barədə qısa məlumat verib.

Görüşün sonunda M. Zülfüqarlı Prezidentliyə namizədi AVCİYA – nın 9 oktyabr 2008 – ci il tarixdə kecirəcəyi Dəyirmi Masaya dəvət etmişdir.