AVCIYA Şirvanda bələdiyyə seçkiləri ilə bağlı seminar keçirib

İlham Əliyev: “Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq”
Bu gün Ümumdünya Fiziki Fəallıq Günüdür
Türkiyədə Azərbaycanın xarici işlər nazirinin də iştirakı ilə 5-ci üçtərəfli görüşü keçiriləcək

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı bələdiyyə seçkiləri ilə bağlı növbəti regional seminarı Şirvanda keçirib.

AVCİYA-dan APA-ya daxil olan məlumata görə, seminarda Şirvanla yanaşı ətraf rayonlarının nümayəndələri də iştirak edib.

Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı məruzə ilə çıxış edərək, bələdiyyə seçkiləri ərəfəsi mövcud ictimai-siyasi vəziyyət barədə tədbir iştirakçılarına məlumat verib. Bundan başqa, məruzəçi assosiasiyanın seçkilərlə bağlı bu günə qədər gördüyü işlər,yerli özünüidarənin beynəlxalq təcrübəsi,  bələdiyyə seçkilərinin Azərbaycan üçün əhəmiyyəti  və s. barədə tədbir iştirakçılarını məlumatlandırıb.

AVCİYA  regional seminarları dekabrın 15-dək yekunlaşdırmağı planlaşdırır.