AVCİYA şimal-qərb rayonlarında növbəti tədbirlər keçirdi

Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
Maştağadakı Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib
AVCİYA Prezident seçkiləri ilə əlaqədar Aralıq Hesabatı təqdim etdi

 Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar  növbəti  seminarları Zaqatala, Balakən, Qax, Şəki rayonlarının sakinləri üçün  keçirib.

Tədbirin keçirilməsində məqsəd regionlarda əhalinin seçki fəallığının artırılması və müşahidəçilərin maarifləndirilməsidir. AVCİYA Seçki Qərargahının rəhbəri t.ü.f.d., dosent Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarına seçki öncəsi ictimai-siyasi vəziyyət barədə məlumat verib. Daha sonra o, tədbir iştirakçılarını AVCİYA Seçki Qərargahının Fəaliyyət Proqramı ilə tanış edib və  Prezident seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilərə təlimlər keçib.

Tədbirlərdə həmçinin AVCİYA Seçki Qərargahının üzvü Elvin Bədəlli, AVCİYA Zaqatala Regional ofisinin rəhbəri Asif Bayramov və rayon koordinatorları iştirak ediblər.

AVCİYA Seçki Qərargahı növbəti seminarları Quba, Qusar, Xaçmaz və Şabran  rayonlarının müşahidəçi və seçki fəalları üçün keçirəcək.

 

AVCİYA Seçki Qərargahı  Mətbuat Xidməti