AVCIYA Xaçmaz, Quba və Qusar müşahidəçiləri üçün seminarlar keçirdi

AVCİYA Lənkəranda layihəyə yekun vurdu
AVCİYA növbəti tədbirləri Qarabağ regionunda keçirdi
AVCIYA Lənkəranda müşahidəçiləri maarifləndirir
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarları davam etdirir. Növbəti seminarlar AVCİYA Xaşmaz regional ofisinin təşkilatçılığı ilə Xaçmaz, Quba və Qusar müşahidəçiləri üçün  keçirilib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı  seminarlarda məruzə ilə çıxış edərək  seçki öncəsi ictimai-siyasi vəziyyət, Avropa Birliyi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun Azərbaycana qarşı olan mövqeləri haqqında məlumat verib. Daha sonra  o, yerli müşahidənin təşkilinin seçkilərin demokratik və şəfaf keçirilməsi üçün əhəmiyyəti, müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri və s. məslələri tədbir iştirakçılarına izah edib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.
Assosiasiya növbəti seminarları bu həftənin sonu Zaqatala, Balakən və Qax rayonlarında keçirməyi planlaşdırır.
Seminarlarda AVCİYA Xaçmaz regional ofisnin rəhbəri Solmaz Rzayeva, AVCİYA Seçki Qərargahının kordinatoru Cavid Camalov iştirak edib.