AVCİYA Xaçmazda seçici hüquqlarının müdafiəsi məsələlərini müzakirə etdi

AVCİYA erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması ilə bağlı yeni layihəyə start verib
Elxan Süleymanov: “Qarabağ dondurulmuş münaqişə statusundan çıxıb”
Azərbaycanda bələdiyyə seçkisində seçici fəallığı 26-38 faiz olub – exit-poll

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmaz şəhərində növbəti seminar keçirib. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili ” adlı layihə çərçivəsində baş tutub.
Tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbir iştiakçıları öz çıxışlarında seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə,“Seçki Məcələsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişiklərin edilməsinə ehtiyac olduğunu xüsusi qeyd etmişlər.
Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirin sonunda AVCİYA – nın “ Seçki Məcəlləsinə” dəyişiklər edilməsi ilə bağlı tövsiyyələri iştiakçıların nəzərinə çatdırılıb.

AVCIYA Mətbuat Xidməti