AVCİYA Xaçmazda şimal regionu müşahidəçiləri üçün treninq keçirdi

AVCİYA referendumla bağlı uzunmüddətli müşahidə ilə əlaqədar ilkin hesabatını təqdim edib
AVCİYA Şirvan, Quba və Sumqayıtda seminar keçirdi
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı Sumqayıtda seminar keçirdi

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) şimal bölgəsində bələdiyyə seçkilərinin monitorinqini həyata keçirəcək müşahidəçilər üçün treniq keçirib.Tədbiri assosiaynın şimal reqionu üzrə nümayəndəsi Solmaz Mehdiyeva açaraq görülən işlər barədə məlumat verib. Daha sonra AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı müşahidənin üç mərhələsi, müşahidəçilərin hüquq və vəzifələri, davranış qaydaları, seçki günü lazım olan sənədlər və digər məsələlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. O, həmçinin AVCİYA-nın 2004 – 2009 – cu illərdə referendum və seçkilərlə bağlı nəşr etdirdiyi 11 kitab, o cümlədən “ 2009 – cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” haqqında da geniş məlumat verib.
Seçki Qərargahının əməkdaşı Osman Ağayev seçki günü müşahidəçilərlə əlaqə saxlayacaq operatorların fəaliyyəti ilə bağlı iştirakçıları məlumatlandırıb.
Tədbirin sonunda müşahidəçilərin sualları cavablandırılıb və onlara seçki günü lazım olan vəsaitlər təqdim edilib.

AVCİYA Mətbuat Xidməti