AVCİYA Zaqatalada bələdiyyə seçkiləri ilə əlaqədar tədbir keçirdi

AVCİYA seçkilərə kömək məqsədilə maarifçi təbliğatı davam etdirir
AVCİYA yeni layihəyə start verdi
Obama administrasiyasına ünvanlanan petisiya çərçivəsində Bakı Slavyan Universitetində görüş keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkiləri ilə əlaqədar maarifçilik tədbirini Şirvan, Lənkəran şəhərlərindən sonra Zaqatalada keçirib. Tədbirdə AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək assosiasiyanın seçkilərlə bağlı gördüyü işlər barədə geniş məlumat verib. Seçki Qərargahının əməkdaşı Osman Ağayev bələdiyyə seçkilərində müşahidənin prinsipləri, müşahidəçilərin görəcəyi işlər, onların hüquq və vəzifələri bərədə görüş iştirakçılarını məlumatlandırıb. AVCİYA – nın reğion üzrə koordinatori Asif Bayramov isə Zaqataladakı seçki qabağı vəziyyət və bələdiyyə seçkilərinə hazırlığın gedişi ilə bağlı açıqlama verib.
Məlumata görə, tədbirin sonunda tədbir iştirakçılarına müşahaidə üçün lazım olan vəsaitlər, AVCİYA – nın nəşr etdirdiyi “ 2009 – cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı” paylanıb və onların müxtəlif sualları cavablandırılıb.

AVCİYA-nın Mətbuat xidməti
01./12/2009