AVCİYA Xocalı faciəsi ilə bağlı üç kitabın təqdimatını keçirdi

7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Çingiz İsmaylovun (iqtisad elmlər doktoru, AVCİYA-nın eksperti) çıxışı
Ermənistanın azərbaycanlı əsir və girovlarla rəftarı ilə bağlı hesabat beynəlxalq təşkilatlara göndərilib
Ermənilərin Gəncədə törətdikləri ikinci terrordan bir il ötür

Azərbaycanda Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası (AVCİYA) Xocalı faciəsi ilə bağlı üç kitabın təqdimatını keçirib. AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bildirib ki, təşkilat 2006-cı ildən erməni terroru haqqında faktları dünya ictimaiyyətinə çaştdırmaq məqsədilə tədbirlərə başlayıb. Bu tədbirlər çərçivəsində faciəyə həsr olunmuş onlarla kitab nəşr olunub.
V. Əlibəyov deyib ki, təqdimatı keçirilən bu üç kitab isə daha müasir imkanlardan istifadə edilərək hazırlanıb. Belə ki, nəşr olunan “Historica facts vs. The armenian myths” və “Two photo-talks on a tragedy” (Faciə barədə foto söhbət) kitablarına CD-lər də əlavə olunub. Kitablar Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə və bu qurumda təmsil olunan şəxslərə də təqdim edilib. “Forgotten or Falsified Truths” adlanan kitabda isə dünyada tanınmış şəxslərin – yazıçı Ayzik Azimovun, rusiyalı diplomat və yazıçı Qriboyedovun və hətta erməni alimlərinin fikirləri də əks olunub. Bu fikirlərdə ermənilərin Azərbaycana sonradan köçürülməsi faktı öz təqsdiqini tapır.
Hər üç kitab ingilis dilində nəşr olunub. “Forgotten or Falsified Truths”, “Historica facts vs. The armenian myths”, “Two photo-talks on a tragedy” adlanan kitablarda ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərin sübutu olan fotoşəkillər yer alıb.