Avrasiya Dağ Kurortları Festivalı gələn il Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyev Gəncə Memorial Kompleksinin təməlini qoyub
M.Zaxarova: Bir sıra siyasi qüvvələrin Azərbaycandakı prezident seçkilərinə mənfi yanaşması hələ seçkilər keçirilənədək aydın görünürdü
Azərbaycan Ordusunun şanlı zəfərinin ildönümüdür

Özbəkistanda “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunan “Daşkənd Beynəlxalq Turizm Sərgisi” çərçivəsində Avrasiya Dağ Kurortları Alyansı nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Alyansın fəaliyyəti dövründə üzv dövlətlərlə əməkdaşlıq əlaqələrinin inkişafı, işbirliyinin genişləndirilməsi istiqamətində görülən işlər və yeniliklər müzakirə olunub.

Tədbir çərçivəsində Alyans üzvlərinə və tədbir iştirakçılarına “Şahdağ” Turizm Mərkəzinin kommersiya direktoru İqor Şaulov tərəfindən kompleksin qış turizm imkanları, yeni layihələr, keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat verilib. Növbəti Avrasiya Dağ Kurortları Festivalının təşkili “Şahdağ” Turizm Mərkəzinə ötürülüb və tədbirin 2025-ci ilin mart ayında keçirilməsi qərara alınıb.

Qeyd edək ki, bundan öncəki Avrasiya Dağ Kurortları Festivalı Rusiyanın Soçi şəhərində baş tutub. Tədbirdə 9 ölkənin kurort sənayesinin və tərəfdaş şirkətlərin 150 nümayəndəsi iştirak edib.

“Şahdağ” Turizm Mərkəzinin də üzv olduğu Avrasiya Dağ Kurortları Alyansı hazırda Özbəkistanın Amirsoy, Qazaxıstanın Şımbulak və Oy Qaraqay, Rusiyanın Roza Xutor və Cənubi Koreyanın Mono Yong Pyon dağ kurortlarını özündə birləşdirir.

AZƏRTAC