Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin inkişafı məsələsinə üstünlük verməlidir

Heydər Əliyev Mərkəzinin binası Fransada dərsliyin üz qabığını bəzəyir
Ukraynanın məşhur televiziya kanalları Milli Məclisə seçkilər barədə xüsusi reportajlar yayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin xüsusi iclasıda çıxış edib

Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində aparılan işlər Avropa İttifaqının (Aİ) prioritet vəzifəsi olmalı, Aİ Şərq Tərəfdaşlığı ölkələrinin inkişafına və möhkəmlənməsinə səy göstərməlidir.

Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bu fikri Buxarestdə “Gimnix” (Gymnich) formatında keçirilən qeyri-rəsmi iclasda söyləyib.

AZƏRTAC xəbər verir ki, Rinkeviçin fikrincə, “Şərq Tərəfdaşlığı yeganə platformadır ki, onun vasitəçiliyi ilə region ölkələri Aİ-yə, onun dəyərlərinə və həyat səviyyəsinə yaxınlaşa bilər”. Ona görə də Latviya XİN başçısı hesab edir ki, qarşıdakı illər üçün büdcə barədə diskussiyalarda tərəfdaş ölkələrə dəstək verməyin zəruri olması nəzərə alınmalıdır.

Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsinin əsas məqsədi Aİ ilə keçmiş SSRİ məkanındakı altı ölkə – Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan arasında inteqrasiya əlaqələrini inkişaf etdirməkdir.