Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisinin xüsusi iclasıda çıxış edib

Çin Beynəlxalq İdxal Sərgisində 57,8 milyard dollarlıq razılaşmalar əldə olunub
XİN: “Azərbaycan hökuməti məcburi köçkünlərin geri qayıtması üçün fəaliyyətini davam etdirir”
Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qarabağın azad edilməsi Azərbaycanın müstəqil keçən otuz ilinin ən önəmli hadisəsidir. Bu zəfərlə Qafqazda qanayan bir yara qapanmış, bölgədə davamlı sülh və sabitlik üçün böyük fürsət yaranmışdır.

Bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 16-da Milli Məclisdə çıxış edərkən söyləyib.

İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə danışan Türkiyə Prezidenti deyib: “Qafqazda sülh və sabitlikdən təkcə Azərbaycan deyil, Ermənistan da daxil olmaqla, bütün bölgə ölkələri, hətta bütün dünya qazanacaq. Biz də azərbaycanlı qardaşlarımızla bölgənin tamamilə inkişaf etdirilməsi, rifahın yüksəlməsi, əmin-amanlığın kök salması üçün üzərimizə düşəni yerinə yetirməyə bütün səmimiyyətimizlə hazırıq”.

Geridə qoyduğumuz otuz ildə Qarabağda yaşanan çətin dövrdə kimlərin əlinə nə keçdiyi, kimlərin qazanclı çıxdığı, kimlərin də itirdiyi çox yaxşı bilinir. Canı yananlar, qanı tökülənlər, acı çəkənlər, maddi və mənəvi olaraq itirənlər ancaq Qarabağda yaşayan insanlardır.

Otuz ilin kifayət qədər uzun müddət olduğunu vurğulayan qardaş ölkənin dövlət başçısı deyib: “Otuz il asan deyil. Mənim azərbaycanlı qardaşlarım öz məskənlərindən təəssüf ki, otuz il ərzində qaçqın düşüblər. O torpaqlar işğal altında idi. İşğal altındakı həmin torpaqlar otuz il sonra çox şükür ki, əsl sahiblərinə qovuşdu. Qarabağda otuz ildir davam edən münaqişənin həll olunmamasını seyr edənlər, daha doğrusu, işğalın davam etməsi üçün səy göstərənlər isə daim qazananın tərəfində olublar”.