Avropa İttifaqının anbarlarında qaz ehtiyatlarının həcmi 33,97 faizə düşüb

Helikopter qəzası zamanı şəhid olan hərbçilərlə vida mərasimi saat 12-də keçiriləcək
Düşmən Tərtərə 20-yə yaxın top mərmisi atıb
Azad edilmiş ərazilərdə yeni hərbi obyektlər istifadəyə verilib

Fevralın 14-də Avropa İttifaqının yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 33,97 faizə düşüb.

AZƏRTAC xəbər verir ki, “Gas Infrastructure Europe” assosiasiyasının məlumatına görə, bu, son dörd ilin analoji dövründə qeydə alınan ən aşağı göstəricidir. 2025-ci il fevralın 15-də Avropanın mavi yanacaq ehtiyatları 45,2 faiz, 2024-cü ildə 65,79 faiz, 2023-cü ildə isə 65,27 faiz olub.

Hazırda Fransa anbarlarında qazın həcmi 24,5 faizə, Almaniyada 23,95 faizə, Baltikyanı ölkələrdə 22,97 faizə, Niderlandda isə 15,57 faizə enib.

AZƏRTAC