Avropa Komissiyasının yeni rəhbəri Azərbaycanla əməkdaşlığı gücləndirməyə çağırıb

Tofiq Mirzəyev “Xalq artisti” fəxri adı və “Şöhrət” ordeni ilə təltif edilib
TÜRKPA baş katibi Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Minskdə İpək Yolu ölkələrində sərmayə imkanlarına dair forum işə başlayır

Avropa Komissiyasının rəhbəri seçilmiş Ursula fon der Lyayen “Şərq Tərəfdaşlığı” ölkələri ilə əlaqələri möhkəmləndirməyə dair çağırış edib.

“Report” “Hungary Today”ə istinadən xəbər verir ki, o, bu barədə genişlənmə üzrə gələcək avrokomissar, Macarıstandan olan namizəd Laslo Troksanyiyə yazdığı məktubda bildirib.

O, Ukrayna, Gürcüstan və Moldova ilə assosiasiya sazişlərinin icrasını sürətləndirməyə çağırıb.

Ursula fon der Lyayen həmçinin Troksanyinin qarşısında “Şərq Tərəfdaşlığı”nın digər üç ölkəsi – Azərbaycan, Belarus və Ermənistan ilə də əlaqələri möhkəmlətmək tapşırığı qoyub, 2020-ci ilin ortalarına qədər uzunmüddətli siyasi hədəflərin yeni paketinin işlənib hazırlanmasının zəruriliyini qeyd edib.

Onun sözlərinə görə, tərəfdaşlığın məqsədləri Avropa İttifaqının imkanları və maraqlarına hörmət edilməklə proqram ölkələrinin siyasi və iqtisadi seçimini əks etdirməlidir.

Xatırladaq ki, Avropa Komissiyasının yeni tərkibi işinə 2019-cu ilin noyabrında başlayacaq.

Report.az