Avropa Parlamentinin üzvü Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin iştirakından çox razıdır

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyinat olub
Seçkilər beynəlxalq standartlara cavab verib
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb

Avropa Parlamentinin üzvü, Polşa Seyminin sabiq senatoru Yaçek Vlayslav Vloşoviç (Jacek Wlayslaw Wlosowicz) Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin iştirakından çox razıdır. Ölkədə keçirilən prezident seçkilərini müşahidə edən Y.V.Vloşoviç jurnalistlərə açıqlamasında bildirib: “Səhər bir neçə məntəqədə olmuşuq. Hər şey əladır. Düşünürəm ki, seçicilərin iştirakı bizim ölkəmizdəkindən daha çoxdur”.

Avropa Parlamentinin üzvü deyib ki, bu cür mənzərəni görmək, insanların marağını müşahidə etmək çox maraqlıdır:

“Divarlarda seçicilərin siyahısı asılıb. Digər ölkələrdən də müşahidəçilər var. Hər şey qaydasındadır. Səhər məntəqələr vaxtında açılıb”.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.

Prezident seçkisində 10 namizəd mübarizə aparır. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, “Demokratik Qüvvələrin Milli Şurası” Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən 5 145 643 seçici qeydə alınıb. /Trend/