Fransada yaşayan azərbaycanlılar Parisdə səs verirlər

“Vikipediya”nın Azərbaycan dili bölməsində keyfiyyət göstəricisi 44-dən 45-ə yüksəlib
Qurban bayramı: Səxavət, halallıq və həmrəylik rəmzi
AVCİYA Xocalı faciəsinin ildönümü münasibətilə dəyirmi masa keçirdi

Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində 16 saylı Yasamal ll Seçki Dairəsinin 32 saylı seçki məntəqəsi yaradılıb. APA-nın Avropa bürosunun məlumatına görə, Fransada yaşayan Azərbaycan vətəndaşları səhər saat 08-dən axşam saat 19-dək səs verəcəklər.  Səsverməyə yalnız Parisdən deyil, Fransanın digər şəhər və bölgələrindən də soydaşlarımız gəlir. Parisdə yaradılmış məntəqənin seçici siyahısında 174 nəfər seçici qeydə alınıb, lakin adları siyahıda olmayan seçicilər də siyahıya əlavə olunurlar.