AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ

Həmsədrlər Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkilər”lə bağlı bəyanat yayıblar
Elxan Süleymanov konqresmen Adam Şiffə məktub göndərib
Ermənistanın Azərbaycana təcavüzü: Qubadlı rayonunun işğal olunmasından 27 il keçir

AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİ
DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN GƏRGİNLƏŞMƏSİNƏ
DAİR BƏYANNAMƏ

(Nazirlər Komitəsi tərəfindən 15 aprel 1993-cü il tarixində Nazir müavinlərinin 492-ci iclasında qəbul edilmişdir)
Nazirlər Komitəsi Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi və, xüsusilə, döyüş ərazisinin Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qədər genişlənməsi ilə əlaqədar ciddi narahatdır. Nazirlər Komitəsi BMT Təhlükəsizlik Şurası Sədrinin bütün hərbi əməliyyatların dərhal dayandırılması tələbini dəstəkləyir və regionun sülh və təhlükəsizliyinə təhlükə yaradan bütün qüvvələrin çıxarılmasına çağırır.
Münaqişənin uzunmüddətli həllinin yalnız beynəlxalq hüquq və Avropa Şurası və ATƏM-in prinsip və öhdəliklərinə hörmət, xüsusilə sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyü, azlıqların müdafiəsi və insan hüquqları və əsas azadlıqlarına hörmət edilməsi vasitəsilə əldə oluna biləcəyinə əmin olan Nazirlər Komitəsi:

•döyüş ərazisinin Azərbaycanın Kəlbəcər rayonunadək genişlənməsinin bütün regionun demokratik gələcəyi və sabitliyinə təhdid yaradacağı ilə əlaqədar artan təhlükəyə dair ciddi narahatçılığını ifadə edir;

•bu vəziyyətin ATƏM çərçivəsində siyasi danışıqlar prosesinə təhlükə olması faktına təəssüflənir;

•güc vasitəsilə həllin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilə bilməyəcəyini bəyan edir;

•həmçinin mülki əhalinin əzablarını yüngülləşdirmək məqsədilə regiona və xüsusilə, münaqişənin təsir etdiyi bütün ərazilərə beynəlxalq humanitar yardım səylərinin maneəsiz buraxılmasına çağırır;

•münaqişə tərəflərinindən sülh yolu ilə tənzimlənməyə daha artıq təhlükə yaradacaq hər hansı hərəkətdən çəkinməyi təkidlə tələb edir;

•hərbi əməliyyatlara son qoyulmasının yeganə yolunun, gücdən istifadə etməkdən imtina etməklə yanaşı, ATƏM-in Minsk qrupu çərçivəsində danışıqların vicdanla aparılması olduğunu qeyd edir.