Azərbaycan 1954-cü il Haaqa Konvensiyasının 16-cı müşavirəsində iştirak edir

Qərbi Azərbaycanda 740 müsəlman qəbiristanlığının koordinatları müəyyən edilib
Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Ağdamdakı quruculuq və abadlıq işləri

Azərbaycan nümayəndə heyəti bu gün UNESCO-nun baş qərargahında 1954-cü il Haaqa Konvensiyasının Razılığa gələn Yüksək Tərəflərinin 16-cı müşavirəsində iştirak edir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı nümayəndəliyinin “X” hesabında dərc olunmuş paylaşımda deyilir.

“UNESCO-nun baş qərargahında 1954-cü il Haaqa Konvensiyasının Razılığa gələn Yüksək Tərəflərinin 16-cı müşavirəsi başlayıb. Tədbirdə Azərbaycan nümayəndə heyəti iştirak edir”, – paylaşımda vurğulanır.

Qeyd edək ki, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyası silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir. Konvensiya 1954-cü il mayın 14-də Haaqada (Niderland) imzalanıb və 1956-cı il avqustun 7-də qüvvəyə minib.

Report