Azərbaycan Biznesinin İnkişafı Fondunun verdiyi kreditlərin 76%-i regionların payına düşüb

Azərbaycan və Ermənistanın təhlükəsizlik və sərhəd xidmətləri rəhbərlərinin görüşü olub
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib
Azərbaycanın dəstəyi ilə Dünya İrs Xəritəsi nəşr olunub

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) verdiyi güzəştli kreditlərin 76 %-i regionların payına düşüb.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Xatırladaq ki, 9 ayda Fond ümumi dəyəri 564 milyon manat olan 4 590 layihənin maliyyələşdirilməsinə 249,1 milyon manat güzəştli kredit verib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 11,5 % və 48,6 % çoxdur.

Verilmiş kreditlərin 46,6 %-i sənaye məhsullarının istehsalı, 43,2 %-i kənd təsərrüfatı məhsulları istehsalının və emalının, 7,3 %-i xidmət, 2,9 %-i isə digər sahələrin payına düşüb.

M. Cabbarov qeyd edib ki, maliyyələşdirilən layihələrin 99,7 %-i say etibarilə, 87,8 %-i isə kredit məbləği baxımından mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

Bu kreditlər hesabına təxminən 3 500 yeni iş yerinin yaradılması imkanı yaranıb.

Report