Azərbaycan ilə Serbiya arasında siyasi və təhlükəsizlik məsələlərinə dair müzakirələr aparılıb

“Google” şirkəti “Android 2.3” əməliyyat sistemilə çalışan cihazlarda öz servislərini bağlayır
Peşə təhsili müəssisələrində işləmək istəyənlərin nəzərinə: Sabah sənəd qəbulu başa çatır
Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirakı ilə Anım Günündə Bakı şəhərində yürüş təşkil edilib

Serbiya Respublikasının Baş Nazirinin müavini, Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Neboyşa Stefanoviç avqustun 10-da Azərbaycan Respublikasına səfərə gəlib. Səfər avqustun 12-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, avqustun 11-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Neboyşa Stefanoviç ilə görüşüblər.

Görüşdə Azərbaycan-Serbiya münasibətlərinin hazırkı vəziyyəti müzakirə edilib, ölkələrimiz arasında siyasi və təhlükəsizlik sahələri daxil olmaqla müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərinə və bu xüsusda gələcək birgə addımlara dair ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan və Serbiya prezidentlərinin müntəzəm siyasi dialoqu və dostluq əlaqələri xüsusi vurğulanıb, ölkələrimiz arasında hərtərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğu diqqətə çatdırılıb.

Azərbaycan ilə Serbiya arasında beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan məmnunluğun ifadə olunduğu görüşdə xüsusilə dövlətlərin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinin dəstəklənməsinin vacibliyi qeyd olunub.

Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlərə dair fikir mübadiləsi aparılıb.