Azərbaycan Prezidenti “Qarabağ” futbol klubunu təbrik edib

Bu il rezidentura imtahanları elektron formada olacaq
Azərbaycanda Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılır, səlahiyyətləri müəyyənləşir
Dünya Bankı Azərbaycana ayıracağı kreditləri güzəştli şərtlərlə verəcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial media hesablarında “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib.

AZƏRTAC paylaşımı təqdim edir: “Danimarka çempionu “Kopenhagen” futbol klubu üzərində inamlı qələbə qazanması münasibətilə “Qarabağ” futbol klubunu, bütün Azərbaycan futbol ictimaiyyətini ürəkdən təbrik edirəm.

Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən “Qarabağ” dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir”.

AZƏRTAC