“Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirilib

Kazimirovun KVAZİBARIŞIĞI – erməni işğalçıları üçün “müqəddəs yazı”
6 milyard dollarlıq “Mərkəzi-Şərqi Azəri” layihəsi təsdiq edildi
İşğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması ilə bağlı beynəlxalq konfrans keçirilir

Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı “Azərbaycan Respublikasının ictimai-siyasi həyatında QHT-lərin rolu” mövzusunda tədbir keçirib.

“Report” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Təşkilatın Bakı filialının direktoru Elman İmaməliyev Azərbaycanda ictimai təşkilatların ölkənin həyatında oynadığı rolun öyrənilməsinin MDB-yə üzv ölkələrdə tətbiqi imkanlarının ümumiləşdirilməsinə xidmət etdiyini qeyd edib.

Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək deyib ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının rolu mühümdür.

Onun sözlərinə görə, ölkədə qeyri-hökumət təşkilatları fəaldırlar: “Azərbaycanda QHT-lərin fəaliyyəti təqdir edilməlidir. Milli maraqlar daim öndə olmalıdır”.

Deputat Şahin İsmayılov xatırladıb ki, Azərbaycanda 300-ə yaxın qeyri-hökumət təşkilatı var, onlardan 30-u beynəlxalq təşkilatlarla sıx işləyir: “Ölkəmizdə gənclər təşkilatları uğurla fəaliyyət göstərirlər, dövlət qurumları ilə əməkdaşlıq edirlər, təkliflərini təqdim edirlər. Azərbaycandakı gənclər təşkilatlarının tərkibində könüllülər ordusu formalaşıb. Biz 2015-ci ildə Avropa Oyunları zamanı onların fəaliyyətini gördük”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, ölkədə qeyri-hökumət təşkilatlarının ictimai-siyasi proseslərə təsiri var.

O təəssüflə qeyd edib ki, bəzi xaricdən maliyyələşən QHT-lər isə zərər verməklə məşğuldur: “Bu cür hallar yolverilməzdir. Azərbaycanda dövlətçilik maraqlarından çıxış edən kifayət qədər QHT var. Bu institut formalaşıb. Azərbaycan təcrübəsindən dünyanın digər ölkələrində də istifadə edilə bilər”.

Digər çıxış edənlər də QHT-lərin fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.