FƏRZƏLİYEV Pəhlivan Əhliman oğlu

MƏHƏRRƏMOV Asif Yusif oğlu
ƏLİYEV Etibar Böyükağa oğlu
RÜSTƏMOV Hidayət Eldar oğlu
(27.9.1958, Füzuli r-nunun Qobu Dilağarda k. – 11.4.1992, Füzuli) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1959-cu ildə Qobu Dilağarda kəndində anadan olub.
Şuşa Kənd Təsərrüfatı texnikumunu bitirib. Orenburq (Rusiya) Politexnik İnstitutunun yol istismarı fakültəsində təhsil alıb. Aktyubinsk şəhərində (Qazaxıstan) işləyib.
1990-cı ildə vicdanının səsi ilə Vətənə qayıdıb. Rayon DİŞ-də inspektor vəzifəsinə təyin olunub. Füzuli Rayon DİŞ-də PPX rotasının üçüncü tağımına rəhbərlik edib. Döyüşlərdə cəsurluğu, qorxmazlığı ilə seçilib.
1991-ci ilin payız döyüşlərində ekipaj komandiri kimi fərqlənib. 1992-ci il aprelin 11-də düşmən postunu ələ keçirərkən PDM-dən atılan mərmidən həlak olub.
3 övladı qalıb…
Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 470-471