Azərbaycan Rusiya ilə birgə beynəlxalq laboratoriya yaradır

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar bəyanat yayıb
Azərbaycanda son sutkada 4189 nəfər COVID-19-a yoluxub, 2072 nəfər sağalıb, 40 nəfər vəfat edib

Azərbaycan və Rusiya birgə beynəlxalq laboratoriya yaradır.

“Report”un məlumatına görə, bununla bağlı AMEA-nın Zoologiya İnstitutu ilə Rusiya Elmlər Akademiyasının Bitki və Heyvanların Ekologiyası İnstitutu arasında müqavilə imzalanıb.

Yeni yaradılacaq laboratoriyada Ural və Azərbaycanın bioloji müxtəlifliyinin birgə müqayisəli analizi, suda-quruda yaşayanların genetik dəyişikliyinin öyrənilməsi, onların statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur. 

Bundan əlavə, paleoentomoloji məlumatların cəlb edilməsi əsasında regionun quru biogeosenozlarının tarixinin əsas tərkib hissəsi kimi Azərbaycanda pleystosen və holosendə entomokomplekslərin formalaşması proseslərinin rekonstruksiyası, köçən quşların miqrasiya yolları, eyni zamanda heyvanların ekologiyasının tarixi və populyasiyalarının analizinə dair tədqiqatlar aparılacaq.