Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib

Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub
XİN BMT-nin İnsan Hüquqları Şurasının Vardanyan işi ilə bağlı rəyini alqışlayıb
AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASI – # 1059 (1995)1

Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilib.

Bu barədə Trend Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəsmi saytına istinadən məlumat verir.

Məlumata əsasən, TBMM-in Xarici işlər komissiyasının sədri Volkan Bozkır toplantıda üç ölkə arasında münasibətlərin önəminə toxunaraq bu əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib.

V.Bozkır qeyd edib ki, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi hazırda bölgədə ən önəmli məsələlərdən biridir.

Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev iştirak ediblər.

Toplantıda bir sıra regional məsələlər müzakirə olunub, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Trend: